İlqar Məmmədov Rəsul Quliyevi ittiham etdi -   Söhbətə Şakiroğlu qarışdı

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov Rəsul Quliyevi ittiham etdi - Söhbətə Şakiroğlu qarışdı

Siyasət

13 May 2026 11:19 552


Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədovla Milli Məclisin keçmiş spikeri, hazırda ABŞ-də mühacirətdə olan Rəsul Quliyev arasında qarşıdurma yaranıb.

“Yeni Sabah” xəbər verir ki, buna R.Quliyevin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) fəaliyyətini dayandıraraq üzvlərinin hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət etməsi ilə bağlı yayılan məlumatlara İ.Məmmədovun sərt tənqidi münasibət bildirməsi səbəb olub.

ReAL-ın eks-sədri “Facebook” səhifəsində aşağıdakı fikirləri yazıb: Marqarita pizza

“Hökümətyönlü mediaya sızmış xəbərə əsasən, Rəsul Quliyevin partiyası YAP-a birləşir. Hələlik GAP bunu yüngülcə təkzib etsə də, təşəbbüsə şəxsən yaxşı baxıram. 1 yox, indikilərdən azı 15-20 partiya YAP-a birləşsə, vətəndaşımız da seçki seyrəngahına çıxanda gözünə açılan dürüstlük mənzərəsinə sevinər.

Rəsul Quliyevin 1990-larda YAP-dan getməsinə dair şəxsi xatirəm də var. Gənc BDU araşdırmaçısı kimi, 1996-cı ildə Milli Məclis katibliyinin rəhbəri ya da rəhbər müavini olan Səfa Mirzəyevin qəbuluna yazılmışdım. Gəlib dedim ki, açıq səsvermələrin adbaad nəticələrini mənə verin, sizə parlamentdəki qruplaşmaların söz-söhbət ilə deyil, rəqəmlərlə ifadə olunan mənzərəsini təqdim edim.

Maraqla qarşıladı, amma nə aydın razılığını göstərdi, nə də yolumu bağladı: onun hansısa texniki işçisi 1995-96-cı illərə aid yüzlərlə səsverməni çap eləyib mənə verdi. Onları öncədən hazırladığım excell cədvəlinə dolduraraq rəqəmli və qrafik təsvirli nəticələri gətirib Səfa Mirzəyevə göstərdim.

Bu dəfə o, əlini atdı alnına və indən belə səsvermələri kiməsə verməyi əməkdaşına qadağan elədi. Niyə bunu elədiyini hələ anlamırdım. Üstündən azca vaxt keçdi və məlum oldu ki, spiker Rəsul Quliyev sədrlikdən çıxır, ona sadiq 6-8 nəfər deputat isə YAP-dan ayrılaraq, ya da bitərəfliyin daşını ataraq sonra təzə partiyada birləşdilər. Onda hər şeyi anladım, çünki həmin 6-8 nəfərlik nüvəni mənim hesablamam aydın göstərmişdi. Məhz bunu Səfə Mirzəyevə göstərmişdim, amma siyasi səhnəni hələ yaxından tanımadığım üçün, onların səsvermə mövqeyindəki statistik fərqə izah tapa bilmirdim. Fərq cüzi idi, amma görünürdü. Yəni müxalifdən çox daxili fraksiya mənasına gəlirdi.

O gün - bu gün, dünyanın bütün parlamentlərindən fərqli olaraq, açıq səsvermələrin adbaad nəticələri Azərbaycanda ictimaiyyətdən gizlədilir”.

İlqar Məmmədovun tənqidlərinə cavab isə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğludan gəlib. O, İ.Məmmədovun fikirlərinə kəskin münasibət bildirib:

“Şəxsiyyəti deqradasiyaya uğramış İlqar Məmmədovva ilk və sonuncu xəbərdarlığımdır: Özünə gəl, vəfana sahib çıx!

Məni məcbur etmə ki, sən yoxkən itirdiyin vəfaya sahib çıxanları qarşına çıxarım. Başını aşağı sal, işinlə məşğul ol. Sənin özünə edə biləcəyin ən böyük xidmət də məhz budur. Çünki başını aşağı əymiş bir insanın sonradan başını dik tutmağa mənəvi haqqı olmur. Sən də bu haqqı “Navalnı” olmaq istədiyin, amma həbsdə mənəvi olaraq sındığın vaxt itirmisən. Bu səbəbdən bu sənə son xəbərdarlığımdır. Sahib olmadığın “həşimə” və itirdiyin “vəfaya” sığınma. Bu, sənə verə biləcəyim ən böyük tövsiyədir... Növbəti dəfə belə olmayacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!