Balabanı indidən sonra belə çalmaq lazımdır

saytların hazırlanması

Evə çatdırılma

Balabanı indidən sonra belə çalmaq lazımdır

Mədəniyyət

14 May 2026 10:50 103


Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib.

Bu barədə “Yeni Sabah”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirlib ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir. Dominos pizza

Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla təhsilin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb. Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib.

Mütəxəssislərin fikrincə, yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində tədris prosesinin səmərəliliyinin artırılması, təhsilin təşkili və mərhələli inkişafı, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!