Fatimə Fətəliyevanın adından istifadə edən dələduzlar ortaya çıxıb.
“Yeni Sabah” xəbər verir ki, rəqqasə bununla bağlı sosial media hesabında izləyicilərinə xəbərdarlıq ünvanlayıb.
O, adından istifadə edən şəxslərin insanlara pul istəmək məqsədilə müraciət edə biləcəyini bildirib və bu cür mesajlara inanmamağı xahiş edib: pizza
“Əziz izləyicilərim, dostlarım, tanıdığım və məni tanıyan insanlar. Buradan sizə səslənirəm ki, adımdan istifadə edən dələduzlar çoxalıb. Birdən mənim adımdan sizə müraciət etsələr ki, pul lazımdır, inanmayın və bilin ki, o mən deyiləm”.
Aydan Hacı
Telegram kanalımız