Bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? - VİDEO

Sosial

08 Noyabr 2026 13:31 64


Binə qəsəbəsində yerləşən 249 saylı körpələr evi-uşaq bağçası ilə bağlı iddialar səsləndirilib.

"Yeni Sabah" Baku TV-yə istinadla xəbər verir ki, şikayətçi Elnarə Rzayeva müəssisədə faktiki olaraq işə gəlməyən şəxslərin işçi kimi qeydiyyata alındığını bildirib.

Onun sözlərinə görə, hətta ölkəni tərk etmiş şəxsin adına əməkhaqqı hesablanaraq mənimsənilib: Pepperoni pizza

"Xətai rayonunda yerləşən 249 saylı bağçada 11 il tərbiyəçi vəzifəsində çalışmışam. İşlədiyim müddətdə burada çoxsaylı özbaşınalıqlarla rastlaşmışam. Dəfələrlə şikayət etsəm də, heç bir nəticəsi olmayıb. Burada adı işçilər siyahısında olan, lakin faktiki olaraq işə gəlməyən şəxslər var. Onlardan biri xaricdə yaşadığı müddətdə adına əməkhaqqı hesablanıb və həmin vəsait müdir tərəfindən mənimsənilib.

Müdirimiz Qırqovul Fərəcova dövlət bağçasına şəxsi mülkü kimi yanaşıb, müxtəlif özbaşınalıqlara yol verib. Uşaqlar üçün ayrılan dövlət vəsaitlərini, ərzaqları satıb, bağçaya məxsus əşyaları mənimsəyib. O, qızını, həyat yoldaşını, bacılarını və gəlinini də burada işçi kimi rəsmiləşdirib. Halbuki onların heç biri faktiki olaraq işə gəlməyib və çalışmayıb. Adlarına əməkhaqqı kartları açılıb. Həmin kartlardakı vəsaitləri də müdir mənimsəyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!