FHN əhaliyə yenidən MÜRACİƏT etdi

saytların hazırlanması

Evə çatdırılma

FHN əhaliyə yenidən MÜRACİƏT etdi

Sosial

19 İyul 2026 18:27 437


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara təkrar müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirlik küləkli hava şəraitində dənizə girməyin ciddi həyat təhlükəsi yaratdığını vurğulayaraq, vətəndaşları çimərliklərdə diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb: pizza sifarişi

"Hazırda müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, vətəndaşları dənizə girməkdən çəkinməyə və təhlükəsizlik qaydalarına əməl etməyə dəvət edirik. Unutmayın ki, qaydalara olan biganəlik birbaşa həyatınıza təhlükədir!"

Nazirlik, həmçinin təhlükə yarandığı təqdirdə vətəndaşlara "112" qaynar xəttinə zəng etməyi tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!