Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Filip Ozobiç 40-cı qolunu vurdu
21 Sen 2021 11:28
357

Filip Ozobiç 40-cı qolunu vurdu

Filip Ozobiç Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Bu qol IV turun “Qarabağ” – “Sumqayıt” matçına təsadüf edib.

Yenisabah.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, dubla imza atan yarımmüdafiəçi Ağdam klubuna 2:0 hesablı qələbə qazandırıb.

O, ölkə çempionatlarının 29 illik tarixində 40 və daha çox qol vuran 61-ci futbolçudur.

Qeyd edək ki, 40-cı qola 101-ci oyununda imza atan futbolçunun orta məhsuldarlığı 0,396-dır.

İlk qol: “Neftçi” – “Qəbələ” – 0:8 (10.09.2016)

“Qarabağ”da ilk qol: “Qarabağ” – “Sumqayıt” – 1:0 (14.09.2018)

Heyətində qol vurduğu klublar: “Qarabağ” – 24, “Qəbələ” – 16

Qol vurduğu mövsümlər: 2016/2017 – 11, 2017/2018 – 5, 2018/2019 – 9, 2019/2020 – 1, 2020/2021 – 11, 2021/2022 – 3

Qapısına qol vurduğu rəqiblər: “Sumqayıt” – 8, “Keşlə” – 7, “Qəbələ” – 5, “Neftçi”, “Zirə” – 4, AZAL, “Qarabağ”, “Kəpəz” – 3, “Sabah” – 2, “Səbail” – 1.

Ozobiç evdə 24, səfərdə 16 qol vurub. O, ümumilikdə 33 oyunda qol vurub: het-trik – 1, dubl – 5, bir qol – 27.

Qeyd edək ki, Filip Ozobiç sentyabrdan Azərbaycan millisində forma geyinir.

Mehri Qurban

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər