Bakı Ağır Cinayətlər Məhkəməsində falçılıq adı altında vətəndaşın külli miqdarda vəsaitini mənimsəyən Şərəf Əli-zadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən edilib ki, Şərəf Əli-zadə zərərçəkənə sevdiyi qadınla ailə qurmasında köməklik göstərəcəyi, onun keçmiş nişanlısını uzaqlaşdıracağı və yüksəkməvacibli iş tapacağı vədi ilə yalan uydurub. Bu yolla o, müxtəlif vaxtlarda zərərçəkəndən ümumilikdə 302 min 894 manat mənimsəyib. Sezar pizza
Aldadıldığını anlayan vətəndaşın hüquq-mühafizə organlarına müraciətindən sonra saxlanılan dələduz barəsində toplanmış sübutlar əsasında məhkəmə zalından həbs qərarı çıxarılıb.
Nazim Hacıyev
Telegram kanalımız