15 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

15 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası qüvvəyə mindi

Dünya

01 Noyabr 2026 10:23 157


Türkiyədə 15 yaşını tamamlamayan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydalar bu gündən qüvvəyə minib.

“Yeni Sabah” xəbər verir ki, Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan və oktyabrın 10-da “Resmi Gazete”də dərc olunan “Sosial şəbəkə təminatçısı tərəfindən uşaqlara xüsusi xidmətlərin göstərilməsi və yaşın təsdiqlənməsinə dair” qaydalar noyabrın 1-dən tətbiq edilir.

Yeni tələblərə əsasən, Türkiyədən istifadə edilə bilən yerli və xarici sosial şəbəkə platformaları 15 yaşını tamamlamayan uşaqlara xidmət göstərə bilməyəcək. Platformalar yeni hesab açmaq istəyən istifadəçilərin yaşını yoxlamalı və 15 yaşdan aşağı şəxslərin qeydiyyatına icazə verməməlidir. pizza hut

Yaş təsdiqi “e-Devlet” sistemi üzərindən yaradılan xüsusi rəqəmsal təsdiq nişanı vasitəsilə həyata keçiriləcək. Bu zaman platformalara istifadəçinin şəxsiyyət məlumatları deyil, yalnız müvafiq yaş həddini tamamlayıb-tamamlamadığı barədə məlumat ötürüləcək.

Mövcud hesabların yaş yoxlaması isə 31 mart 2027-ci ilədək başa çatdırılmalıdır. Yoxlama zamanı 15 yaşını tamamlamadığı müəyyən edilən istifadəçilərin hesabları bağlanacaq.

Yeni qaydalar 15-17 yaşlı yeniyetmələrin hesablarına da məhdudiyyətlər gətirir. Belə ki, bu yaş qrupuna aid istifadəçilərin hesabları standart olaraq qapalı olacaq. Onlar yalnız izlədikləri hesablardan mesaj ala biləcək, canlı yayım aça bilməyəcəklər.

Bundan başqa, yeniyetmələrin şəxsi məlumatlarından profilləşdirmə və fərdiləşdirilmiş reklam məqsədilə istifadə olunmasına icazə verilməyəcək. Platformalar uşaqları qorumaq üçün zərərli məzmunun filtrlənməsi və təhlükəsiz tövsiyə sistemləri də tətbiq etməlidir.

Qaydalar valideynlərə də əlavə imkanlar yaradır. Belə ki, valideynlər övladlarının hesab parametrlərinə, sosial şəbəkələrdə keçirdikləri vaxta, ödənişli əməliyyatlarına və məkan paylaşımına nəzarət edə biləcəklər.

Beləliklə, Türkiyədə sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti ilə yanaşı, yeniyetmələrin rəqəmsal təhlükəsizliyini təmin etməyə yönəlmiş yeni nəzarət mexanizmləri də tətbiq olunmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!