Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video

İdman

01 Noyabr 2026 10:38 80


Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero İtaliyanın “Sampdoriya” klubunun əsas komandasında ilk qolunu vurub.

QOL.az xəbər verir ki, 18 yaşlı hücumçu B Seriyasının 10-cu turunda “Virtus Entella” ilə keçirilən ev oyununda fərqlənib. “Sampdoriya” qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.

Mezzotero matçın 17-ci dəqiqəsində zədələnən komanda yoldaşını əvəzləyib. Altı dəqiqə sonra onun iştirakı ilə yaranan hücum zamanı rəqib futbolçu topu öz qapısına göndərib. 42-ci dəqiqədə isə Lorenzo özü fərqlənərək B Seriyasında ilk qolunu vurub. pizza mizza

Qeyd edək ki, Mezzotero bir vaxtlar atasının Bakıda işləməsi səbəbindən bir neçə il Azərbaycanda yaşayıb. O, “Qarabağ”, “Leon” və “Neftçi”nin aşağı yaş qruplarında məşq edib. Xüsusilə “Neftçi”də istedadı ilə seçilən futbolçu uşaq liqalarında çoxlu qollar vurub.

O, ilk dəfə bu ilin iyununda Azərbaycanın U-21 millisinə çağırılıb. O, Avropa çempionatının 3 seçmə oyununda millimizin heyətində yer allb.

Mərkəz hücumçusu olan Lorenzo bu mövsüm “Sampdoriya”nın əsas komandası ilə 3 oyunda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, hazırda “Sampdoriya” B seriyasında 20 komanda arasında 18-ci yeri tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!