ABŞ-ın şərqinə şaxta, külək və qar gətirən qış fırtınası nəticəsində azı 23 nəfər ölüb.
Yenisabah.az "NBC News"a istinadla xəbər verir ki, 3300-ə yaxın reys ləğv edilib, daha 7600-ü isə gecikib.
Fırtına, həmçinin, şərq ştatlarında on minlərlə evin elektrik enerjisini kəsib. Şimali Karolina, Virciniya, Merilend, Pensilvaniya, Nyu-York, Vermont, Nyu-Hempşir və Men ştatlarında 200 mindən çox insan işıqsız qalıb. Bütün kəsintilərin yarısından çoxu Mendədir - 100.000-dən çox. pizza
Daha əvvəl ABŞ-da pis hava şəraiti nəticəsində 15-ə yaxın öldüyü bildirilirdi.
Telegram kanalımız