Flora Kərimova ilə bağlı yayılan xəbərlər doğrudur? -   ÖZÜ DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova ilə bağlı yayılan xəbərlər doğrudur? - ÖZÜ DANIŞDI

Sağlamlıq

30 Aprel 2026 17:29 179


“Vəziyyətim ağır deyil. Bilmirəm niyə sosial şəbəkələrdə belə xəbərlər yayılır, yəqin sensasiya xatirinədir. Məndə hər şey qaydasındadır”.

Bunu “Yeni Sabah”a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

84 yaşlı sənətçi bildirib ki, bir müddət əvvəl yıxılaraq qolunu sındırıb, lakin müalicədən sonra vəziyyəti yaxşılaşıb:

“Sadəcə, bir müddət əvvəl yıxılmışdım, qolum zədələnmişdi, hətta sınmışdı. Həkimə getdim, müalicə aldım. Şükür, indi düzəlib. Artıq o qolumla müəyyən işləri görə bilirəm. Yaş da öz sözünü deyir. Narahat olmayın, hər şey yaxşıdır. Qısası vəziyyətim ağır deyil, ölsəm, birinci siz jurnalistlər biləcəksiniz”.

 Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!