Fransa köhnə siyasətdən əl çəkir - Makron

saytların hazırlanması

Evə çatdırılma

Fransa köhnə siyasətdən əl çəkir - Makron

Dünya

03 Mart 2023 11:36 586


“Fransa keçmiş Afrika koloniyaları üzərində Parisin qeyri-rəsmi qəyyumluğunu nəzərdə tutan “Fransız Afrikası” (Franceafrique) siyasətinin yerini yeni balanslaşdırılmış tərəfdaşlığa verib”.

Yenisabah.az “France Presse”ə istinadla xəbər verir ki, bunu Emmanuel Makron Qabon səfəri zamanı bildirib.

O deyib: “Qabonda ümumi tariximiz var. Biz “Franceafrique” tarixini gizlətməməliyik, lakin bu gün “Franceafrique” erası bitib”. pizza mizza

Makronun əmin edib ki, Paris rəsmin Librevilin daxili siyasətinə təsir göstərməyə çalışmır və onun səfəri yalnız ölkəyə və onun xalqına dostluğunu və hörmətini göstərmək məqsədi daşıyır.

O əlavə edib ki, Fransa ümumi mənafe naminə müxtəlif sahələrdə başda Qabon olmaqla digər Afrika ölkələri ilə də tərəfdaşlıq əlaqələri qurmaq niyyətindədir. Prezident bu sahələri iqtisadiyyat, sənaye, ekologiya və s. olaraq qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!