Paris hərbçilərini göndərsə, Rusiya onları bir neçə saata məhv edə bilər.
Bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi ekspert Aleksandr Perenciyev deyib.
"Ukrayna Silahlı Qüvvələrinin ən azı müəyyən qədər döyüş təcrübəsi var, amma fransızlar yalnız aborigenlərlə vuruşmağa öyrəşiblər. Ona görə də Ukrayna onlara güvənməklə ciddi riskə gedir. Hətta Fransa öz qoşunlarını Ukraynaya göndərsə, Rusiya üçün də üstünlük olacaq. Rusiya Silahlı Qüvvələri öz silahları və qazandıqları təcrübə ilə onları bir neçə günə yox, bir neçə saata məğlub edəcək", - o bildirib.(Axar.az) pizza
Yenisabah.az bildirir ki, Fransa ordusunun Ukraynaya mümkün gəlişi hazırda Qərbdə ən çox müzakirə olunan məsələlərdən biridir. Qərbli analitiklər analoji qərarın verilməsini Üçüncü Dünya Müharibəsinin başlaması üçün "dəvətnamə" kimi qiymətləndirirlər. Onların fikrincə, Parisin bu addımı Avropanı ən qısa zamanda yeni müharibəyə sürükləyəcək. Bu, isə Rusiyaya başda Polşa olmaqla Avropadakı vacib əleyhdarlarını cəzalandırmaq fürsəti verəcək. Bəzi analitilərin fikrincə, Üçüncü Dünya Müharibəsinin başlaması Rusiyanın işğal coğrafiyasını bir qədər də genişləndirəcək.
Nazim HACIYEV
Telegram kanalımız