18 Avqust - 05:19
Fransada su məhdudiyyətləri sərtləşdirilir

Fransada su məhdudiyyətləri sərtləşdirilir

Dünya

05 Avqust 2022 16:29 383


Fransa hakimiyyəti şiddətli quraqlığa görə 101 departamentdən 93-nə su məhdudiyyəti qoyub.

Yenisabah.az BFM-ə istinadla xəbər verir ki, ölkənin 62 departamentdə qırmızı (ən yüksək) həyacan dərəcəsi elan edilib. Sudan hər hansı prioritet olmayan məsələlər, o cümlədən kənd təsərrüfatı ehtiyacları üçün istifadə məhdudlaşdırılıb. Yalnız sağlamlıq, təhlükəsizlik, içməli su istehlakı və gigiyena ehtiyaclarını təmin etmək məqsədləri üçün istifadəyə icazə verilir.

Fermerlərə sudan istifadəni 50 faiz azaltmaq tapşırılıb. Bağların suvarılması və avtomobillərin yuyulması ilə bağlı da məhdudiyyətlər tətbiq edilir.

Hökumət xəbərdarlıq edib ki, bu vəziyyət növbəti 15 gün də davam edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!