Fransada suya qənaət dövrü başlayır

saytların hazırlanması

Evə çatdırılma

Fransada suya qənaət dövrü başlayır

Dünya

23 Fevral 2023 07:48 611


Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.

Bunu Fransanın ətraf mühit naziri Kristof Beşu bildirib.

Tədbirlər sırasında içməli suyun evlərin çöl divarlarının, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadəsinə qadağa qoyulması, həmçinin suvarma üçün istifadə olunan suyun miqdarının azaldılması da var. Pepperoni pizza

Məlumata görə, bu tədbirlər qışdakı rekord quraqlıqla bağlıdır. Belə ki, Fransanın “Meteo France” meteoroloji xidmətinin məlumatına görə, yanvarın 21-dən etibarən ölkə ərazisində yağıntının miqdarı sutkada 1 mm-dən az olub.

Meteoroloqlar qeyd edirlər ki, ölkədə son 32 gün ərzində əhəmiyyətli yağış yağmayıb ki, bu da 1959-cu ildən bəri ən uzun müddətdir.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!