Fransesko Rokka Bərdədə həlak olan könüllüdən yazdı
29 Okt 2020 12:23
226

Fransesko Rokka Bərdədə həlak olan könüllüdən yazdı

“Qızıl Ayparanın könüllüsünün Bərdədə mülki şəxslərə yardım çatdırarkən həlak olması xəbərindən şok oldum və dəhşətə gəldim”.

Yenisabah.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç  və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Fransesko Rokka "Twitter" səhifəsində bildirib.

“Humanitar yardım çatdıranlar hədəf deyillər. Fikrim onun ailəsinin yanındadır və onun yaxınlarına başsağlığı verirəm”, - deyə F. Rokka qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər