FSB: Rusiyada terror riski artıb

saytların hazırlanması

Evə çatdırılma

FSB: Rusiyada terror riski artıb

Dünya

13 Dekabr 2022 13:54 839


"Ölkənin bəzi regionlarında terror təzahürlərinin artıb, ilin əvvəlindən 123 belə cinayətin, o cümlədən 64 terror aktının qarşısı alınıb".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu FSB-nin (Federal Təhlükəsilik Xidməti) direktoru, Milli Antiterror Komitəsinin (MAK) sədri Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, bu il terror təzahürlərinin sayı, ilk növbədə, Mərkəzi Federal Dairə və Cənub Federal Dairəsində yerləşən sərhədyanı rayonlarda əhəmiyyətli dərəcədə artıb. "Bu, həm Ukrayna xüsusi xidmət orqanlarının kəşfiyyatı, həm də təxribat fəaliyyəti ilə bağlıdır. O cümlədən ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələrinin dəstəyi və beynəlxalq terror təşkilatlarının tərəfdarlarının sui-qəsdçi hüceyrələr yaratmaq və terror cinayətləri törətmək cəhdləri ilə”, - deyə MAK komitə iclasının yekunlarına dair hesabatda qeyd olunub. Dominos pizza

MAK-ın məlumatına görə, Rusiya Federasiyasının dövlət sərhədini keçməyə cəhd edərkən, nəzarət-buraxılış məntəqələrində 400-dən çox ukraynalı radikal və “müharibə cinayəti törətmiş” şəxslər saxlanılıb. Bundan başqa, terror fəaliyyətində iştirak edən 1026 nəfərin ölkəyə buraxılmasına icazə verilməyib.

Qanunsuz silah dövriyyəsi ilə bağlı 2,6 minə yaxın fakt aşkar edilib, 50-dən çox gizli silah sexi ləğv edilib, qırğın silahlarının istehsalı ilə məşğul olan 74 mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!