Füzuli Hava Limanına beynəlxalq status verildi

saytların hazırlanması

Evə çatdırılma

Füzuli Hava Limanına beynəlxalq status verildi

Sosial

16 Oktyabr 2021 12:12 919


Füzuli Hava Limanına beynəlxalq status verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib. pizza sifarişi

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!