“Gangnam Style”ın ifaçısı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Gangnam Style”ın ifaçısı saxlanıldı

Dünya

03 İyun 2026 01:55 64


"Gangnam Style" mahnısı ilə dünya şöhrəti qazanan müğənni Psy (əsl adı Pak Çe San) üçüncü şəxslər vasitəsilə reseptlə verilən psixotrop dərmanlar əldə etməkdə şübhəli bilinərək prokurorluğa göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Korea Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, ifaçı 2022-2025-ci illərdə menecerinin və digər şəxslərin onun adından etibarnamə əsasında "Xanaks" və "Stilnoks" adlı psixotrop dərmanları aldırmasında şübhəli bilinir. Dərman reseptləri Seul Universitet Xəstəxanasında Pak Çe Sanın müalicəsi zamanı yazılıb. Toyuqlu pizza

Polisin məlumatına görə, mayın 29-da bu iş çərçivəsində ümumilikdə 6 nəfər, o cümlədən Psy, onun meneceri və dərmanları yazan həkim saxlanılıb. Onların hamısı prokurorluğa təhvil verilib.

Cənubi Koreya qanunvericiliyinə əsasən, reseptlə verilən dərmanları yalnız birbaşa həkimə müraciət etmiş xəstənin özü əldə edə bilər. Qanun pozuntusuna görə 1 ilədək azadlıqdan məhrumetmə və ya 10 milyon von (təxminən 6,6 min ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur.

Qeyd edək ki, "Xanaks" və "Stilnoks" yuxu, təşviş pozuntuları və depressiyanın müalicəsində istifadə olunan psixotrop dərmanlardır. Bu preparatlardan asılılıq riskinin yüksək olması səbəbindən xəstənin şəxsən həkim müayinəsindən keçməsi və reseptin birbaşa onun adına yazılması tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!