“Gec-tez Qərb və Rusiya dialoqa getməlidir” -     Henri Kissincer

saytların hazırlanması

Evə çatdırılma

“Gec-tez Qərb və Rusiya dialoqa getməlidir” -   Henri Kissincer

Dünya

02 Oktyabr 2022 10:15 797


"Sovet İttifaqının dağılmasından sonra Vaşinqtonun Ukraynanı NATO-ya daxil etmək cəhdlərində ehtiyatlı olmayıb".

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib.

99 yaşlı veteran diplomat Henri Kissincer Xarici Əlaqələr Şurasında çıxış edərək, Vaşinqtonun Berlin divarının yıxılmasından sonra bütün keçmiş Sovet bloku üzvlərini ayrı-seçkilik etmədən öz çətiri altına almağa çalışdığını açıqlayıb. Sezar pizza

H. Kissincer bunu Rusiyanın tarixi “təhlükəsizlik kəməri”ni əsas etibarilə aradan qaldırdığını bildirib: "Rusiyanın nöqteyi-nəzərindən ABŞ o zaman liderliyi altında istisnasız olaraq bütün regionu Birləşmiş Ştatların strateji sisteminə inteqrasiya etmək üçün mübarizə apardı".

O vurğulayıb: “Ukraynanı NATO-ya üzv etmək ABŞ-ın müdrik siyasəti deyil. Lakin bu, Rusiya prezidenti Vladimir Putinin Ukraynanı “sürpriz hücumla” Moskvanın təsir dairəsinə birləşdirmək cəhdlərinə haqq qazandırmır".

Kissincer Rusiya lideri ilə sülhün mümkün olub-olmadığını bilmədiyini deyib:  "Qərb Ukraynanın azadlığını təmin edən tədbirlər üçün fürsət axtarmalı və ölkəni Avropa sisteminin bir parçası kimi saxlamalıdır".

ABŞ-ın keçmiş dövlət katibi bildirib ki, gec-tez Qərb və Rusiya dialoqa getməlidir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!