Gələn həftə Azərbaycanda güclü isti olacaq: 44 dərəcə… 

saytların hazırlanması

Evə çatdırılma

Gələn həftə Azərbaycanda güclü isti olacaq: 44 dərəcə… 

Sosial

17 İyul 2022 18:31 3075


Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq. Sezar pizza

Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!