General 100 minlik rüşvət xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

General 100 minlik rüşvət xəbərindən danışdı

Sosial

21 Avqust 2020 13:29 883


Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayev işdən çıxarılmasının səbəbi ilə bağlı yazılanlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən N.Mustafayevin yazılanların həqiqətə uyğun olmadığını bildirib:

"Ədliyyə Nazirliyinə də müraciət edə bilərsiniz. Yazılanlar doğru deyil. Hər kəsdən xahiş edirəm ki, dedi-qoduya uymasınlar. Əgər məsələ deyildiyi kimi olsaydı, rəsmi münasibət bildirilərdi". Pepperoni pizza

Xatırladaq ki, generalın işdən çıxarılmasına 100 min manat rüşvət almasının səbəb olduğu haqda iddialar yayılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!