Gərginlik artır: İsrail daha bir neçə hərbi obyekti vurdu

saytların hazırlanması

Evə çatdırılma

Gərginlik artır: İsrail daha bir neçə hərbi obyekti vurdu

Dünya

02 Fevral 2023 12:15 1142


İsrail Qəzza zolağına zərbələr endirib. 

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

"Qəzza zolağından İsrailin raket atəşinə tutulmasına cavab olaraq, müdafiə ordusunun qırıcıları Qəzza sektorunda kimyəvi materiallar, həmçinin HƏMAS terror təşkilatına aid silah istehsalı müəssisələrinə hücum edib", - məlumatda deyilir. Dördpendirli pizza

Qeyd olunur ki, İsrail ordusu “Qəzzadan təşkil olunan bütün terror fəaliyyətlərinə görə HƏMAS-ın məsuliyyət daşıdığını” hesab edir:

"Ona görə də İsrailin təhlükəsizliyinin pozulması ilə nəticələnən hadisələrə görə HƏMAS cavab verməli olacaq".

Blomberq isə yazır ki, İsrail HƏMAS-ın "İzzəddin əl-Qəssam Briqadaları" kimi tanınan hərbi qanadına aid obyekt və bazalara zərbələr endirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!