"Google" süni intellekt sahəsində daha bir böyük investisiyaya hazırlaşır. Şirkət Finlandiyada bu texnologiyanın inkişafı üçün milyardlarla avro xərcləyəcək.
“Yeni Sabah” xəbər verir ki, "Google" 2027 və 2028-ci illərdə Finlandiyaya ən azı 13 milyard avro investisiya yatıracaq.
Şirkətin məqsədi ölkədə süni intellekt üçün lazım olan infrastrukturu gücləndirməkdir. Bunun üçün yeni məlumat mərkəzləri tikiləcək, elektrik şəbəkələri yenilənəcək, təmiz enerji və batareya layihələri həyata keçiriləcək. Dominos pizza
Bu investisiya "Google"un Avropada bir dəfəyə həyata keçirdiyi ən böyük layihə olacaq. Layihənin tikinti mərhələsində Finlandiyada 37 mindən çox iş yerinin dəstəklənəcəyi bildirilir. Məlumat mərkəzləri tam fəaliyyətə başladıqdan sonra isə mühəndis, təhlükəsizlik və texniki xidmət sahələrində minlərlə daimi iş yeri yaranacaq.
"Google" hesab edir ki, investisiya Finlandiyanın ümumi daxili məhsuluna hər il təxminən 3,6 milyard avro əlavə töhfə verə bilər.
Şirkət həmçinin Hamina, Kajaani, Muhos və Vaala bölgələrində yerli icmaları, təhsili və iqtisadi inkişafı dəstəkləmək üçün 4 il ərzində 31 milyon avro ayıracaq. Bu vəsait hesabına 4400-dən çox işçiyə süni intellekt sahəsində təlim veriləcək.
Bundan başqa, 100 Finlandiyalı tələbə məlumat mərkəzlərində işləmək üçün xüsusi təhsil proqramına cəlb olunacaq.
"Google" enerji təminatına da yatırım edəcək. Şirkət Finlandiyadakı Loviisa Atom Elektrik Stansiyasının fəaliyyət müddətinin uzadılması üçün 22 illik müqavilə imzalayıb. Bundan əlavə, ölkənin elektrik şəbəkəsinə yeni külək enerjisi güclərinin əlavə edilməsi və 94 meqavatlıq batareya sisteminin qurulması planlaşdırılır.
Finlandiyanın baş naziri Petteri Orpo "Google"un qərarını ölkənin güclü tərəflərinin göstəricisi kimi qiymətləndirib.
Finlandiyanın soyuq iqlimi məlumat mərkəzlərinin soyudulmasına daha az enerji sərf olunmasına imkan verir. Ölkənin aşağı karbonlu elektrik enerjisi imkanları da onu böyük texnologiya şirkətləri üçün əlverişli mərkəzə çevirir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız