Göyçay şəhərində qurumuş çinar ağacı insanların həyatı üçün real təhlükə mənbəyidir.
Yenisabah.az xəbər verir ki, rayonun Nizami küçəsində yerləşən hündür çinar ağacının gövdəsi tamamilə qurumuş vəziyyətdədir. Onun hündür olması və yaxınlıqda avtomobillərin eləcə də piyadaların aktiv sayda hərəkət etməsi baş verə biləcək bədbəxt hadisənin miqyasını artırır.
Xatırladaq ki, 5 il öncə - 20 mart 2019-cu ildə Göyçay sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu yol kənarında piyada səkisində hərəkət edərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından birinin qəflətən qoparaq onun başına düşməsi nəticəsində ağır kəllə-beyin travması almışdır. Hadisə nəticəsində o çoxlu qan itirməsindən dünyasını dəyişmişdir. Sezar pizza
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ağacların kəsilməsi və ya köçürülməsi elə də asan məsələ deyil. Nazirliyin məlumatına görə, cavabdeh qurumlar isə birbaşa olaraq bələdiyyələr və yerli icra hakimiyyətləridir.
“Onlar mütəmadi olaraq araşdırma aparmalı və belə ağaclar barədə nazirliyə məlumat verməlidirlər. Bundan sonra nazirlik əməkdaşlarını ağacın yerləşdiyi əraziyə göndərməli, əvəzinə yenisinin əkilməsi şərti ilə mövcud ağacın kəsilməsi və yaxud köçürülməsi barədə rəy verilməlidir. Sonda qərarın icrası üçün müvafiq rayonun Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməlidir”.
Davud Tarverdiyev
Telegram kanalımız