Göygöldə üç nəfər çay axınından xilas edildi

Göygöldə üç nəfər çay axınından xilas edildi

Hadisə Veb saytların hazırlanması

26 May 2023 01:57 690


İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basıb və nəticədə bir neçə fəsadlar yaranıb.

Yenisabah.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək fəsadların aradan qaldırılması, insanlara kömək göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirib.

“Polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!