Güclü külək nə vaxtadək davam edəcək?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Sosial

04 Aprel 2022 11:25 598


“Bu gün səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək”. 

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək: Toyuqlu pizza

“Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!