Çinin şərq sahillərinə yaxın olan Fujian əyalətində dayanmadan yağan yağış daşqın və torpaq sürüşməsinə səbəb olub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Vupinq rayon rəhbərliyindən verilən açıqlamada torpaq sürüşməsi nəticəsində bir fabrik və çoxmərtəbəli bina uçub və 8 nəfər ölüb.
Bildirilib ki, leysan yağışları kənd təsərrüfatı sahələrinə və yollara ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaradıb, 9700 nəfərin evinə ziyan dəyib, o cümlədən 1600-ə yaxın insan təhlükəsiz yerə təxliyə edilib.
Ölkənin cənub-qərbindəki Yunnan əyalətinə yağan güclü yağışlarda insan itkisinin 5-ə yüksəldiyi, 3 nəfərin itkin düşdüyü bildirilib.
Quanqsi bölgəsindəki Xinçeng mahalında üç uşaq sel sularına qərq olub, onlardan ikisinin meyiti tapılıb.
Telegram kanalımız