“Ukrayna məsələsində biz nə diplomatiya, nə kəşfiyyat, nə də tarixi həmrəyliyimizi göstərmişik”.
Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə illik çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son iki ildəki ritorika və hərəkətlərlə hakim “Gürcü arzusu” iqtidarı 9 illik hakimiyyətinin kursunu dəyişib və mandatından kənara çıxıb. Pepperoni pizza
“Bəli, biz BMT-nin qətnamələrinə qoşuluruq, lakin mənəvi və siyasi həmrəyliyin bütün digər təzahürlərindən qaçırıq. Fevralın 25-də tamamilə əlverişsiz yerdə elan edirik ki, biz sanksiyalara qoşulmuruq, halbuki reallıq bunun tam əksi idi. Demək olar ki, biz öz milli sanksiyalarımızı tətbiq edə bilmərik və tətbiq etməyəcəyik, amma beynəlxalq sanksiyalara da qoşulmuruq. Nə bizdən, nə də Moldovadan heç kim daha çox şey istəmədi.
Bütün Avropanın məsafə saxlamağı lazım bildiyi bir vaxtda biz rusların qayğısına qaldıq, Avropa İttifaqının qoyduğu məhdudiyyətlərə qoşulmadıq. O vaxt Belarus prezidenti Aleksandr Lukaşenko bizi, ərazi bütövlüyümüzü vecinə almadı, işğal haqqında qanunu pozdu, oraya səfər etdi və Abxaziyanın tanınmaması prinsipinə xəyanət etdi”.
“Son iki ildə biz nəzərəçarpacaq dərəcədə Rusiyanı təxribata çəkməməyə çalışırıq. Bu, bəlkə də başa düşüləndir, amma bəlli deyil ki, niyə dostlarımıza, həmkarlarımıza eyni nəzakət və hörmətlə yanaşmırıq? Nəticədə, bu gün biz, ilk növbədə, ənənəvi olaraq, dəstəyimizlə seçilən Avropa ölkələri ilə diplomatik münasibətləri pozmuşuq. Bu son iki ildəki ritorika və əməllərlə siz 9 illik hakimiyyətinizin məcrasını silib, dəyişib, xalqınızın və seçicinizin iradəsindən, onun mandatından kənara çıxmısınız. Bütün bunların nəticəsində Gürcüstan 2022-ci il iyunun 17-də Avropa İttifaqına namizəd statusu almadı”, – prezident bildirib.
Xatırladaq ki, Gürcüstan prezidenti hazırda bitərəf olsa da, 2013-cü ildən bəridir ki, ölkə iqtidarında olan “Gürcü arzusu” partiyasının mövqelərini daim tənqid edib və hakimiyyəti Rusiya ilə səmimi münasibətlərdə qınayıb.
Telegram kanalımız