Gürcüstanda ardıcıl iki zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda ardıcıl iki zəlzələ baş verdi

Dünya

15 Oktyabr 2024 01:56 807


Gürcüstanın şimal-şərqində bu gün iki zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Seysmik Monitorinq üzrə Milli Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Tiflisdən təxminən 60 km aralıda, Tianeti regional mərkəzi yaxınlığındakı dağlarda qeydə alınıb. İlk zəlzələ saat 04:53-də 3,9 bal gücündə baş verib. İkinci yeraltı təkan isə saat 09:03-də 3,8 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların ocağı 26 və 15 km dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat verilməyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!