Gürcüstanda əhalinin 60 faizinə peyvənd vurulacaq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda əhalinin 60 faizinə peyvənd vurulacaq

Rəsmi

17 Yanvar 2021 13:13 749


Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə həyata keçirilən işlər sona çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə hökumət evində vaksinasiya prosesinin detalları barəsində növbəti görüş baş tutub. Toplantı zamanı Covid-19 əleyhinə vaksinin Gürcüstana qısa müddət ərzində gətirilməsinin və tətbiqinin önəmindən söz açılıb.

Qeyd edək ki, mart ayınadək koronavirus əleyhinə vaksinin Gürcüstana gətirilməsi gözlənilir. Xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri, Amiran Qamkrelidzenin sözlərinə görə, 2021-ci il ərzində ölkə əhalisinin 60%-nə vaksin vurulması üçün çalışılacaq. Hələlik vaksinin 18 yaşdan yuxarı olan şəxslərə vurulacağı bildirilir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!