Hakim olmaq istəyənlər imtahan verdi

Hakim olmaq istəyənlər imtahan verdi
Sent 15, 2019 15:38
Oxunma sayı: 99

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

DİM-dən "Yeni Sabah"a daxil olan məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 206 namizəddən 158 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Yenisabah.az