Hansı məşhurlar Məhərrəmlikdə toya gedir?   - “Pulumuz bundan çıxır”

saytların hazırlanması

Evə çatdırılma

Hansı məşhurlar Məhərrəmlikdə toya gedir? - “Pulumuz bundan çıxır”

Şou

31 Avqust 2021 15:06 3360


Yazılmamış qanunlara görə Məhərrəmlik ayında təmtəraqlı toy mərasimləri etmək, əyləncələr, şənliklər keçirmək məqsədəuyğun hesab olunmur. Azərbaycanın bir sıra rayonlarında Məhərrəmliyə həssas yanaşılır. Hətta bəzi yerlərdə televizora belə baxılmır. Çörəyi toydan, el şənliklərindən çıxan bəzi sənət adamları belə bu ayda toylara getmirlər. 

Müğənni Xuraman Şuşalı ona bir neçə toy təklifi gəldiyini, amma qəbul etmədiyini söyləyib. Onun bu ayda toy edənləri qınaması birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Yenisabah.az danışan müğənni Günel Ələkbərova (“Pişik” Günel) Məhərrəm ayında Moskvaya toy təklifi aldığını bildirib: Pepperoni pizza

“Məhərrəm ayında təkliflər bəzən gəlir, amma bu çox az olur. Ümumiyyətlə, bizdə bu ayda demək olar ki, toy, şənlik olmur. Amma Moskvada toylar bu ayda da davam edir. Mənə də Moskva toylarından təklif gəlib, amma övladım azyaşlı olduğu üçün onu qoyub gedə bilməmişəm”.

Müğənni bu ayda təklif alarsa, toya gedəcəyini deyib və qazancının məhz toylardan gəldiyini qeyd edib:

“Uzun illərdir ki, Azərbaycanda bu aylar ağır aydı deyə toy edilmir, amma buna iş kimi yanaşmaq lazımdır. Bizlər müğənniyik, sənətimiz budur və pulumuz məhz bundan çıxır. Əgər tamamilə şənlik qadağan olsa, gərək heç kəs nə televiziyaya çıxıb oxusun, nə məclislərdə iştirak etsin, heç bir şey etməsin. Amma bizim pulumuz oxumaqdan çıxır. Düşünürəm ki, burada pis heç nə yoxdur və mənə bu ayda toy təklifi olsaydı gedib oxuyardım. Amma toylar yoxdur deyə, dəvət də almıram”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!