Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Sosial

10 İyul 2022 15:59 1154


Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Toyuqlu pizza

Azərbaycanın rayonlarında iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!