Aprelin 06-sı axşamdan 07-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 07-də arabir yağış yağacağı gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülçad Məmmədova məlumat verib. O, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalının olduğunu bildirib.
Azərbaycanın rayonlarında aprelin 06-sı axşam, 07-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. pizza mizza
Aprelin 05-i günün ikinci yarısından 07-si gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Telegram kanalımız