Hava kəskin dəyişəcək: Külək, leysan, dolu...

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişəcək: Külək, leysan, dolu...

Sosial

15 Sentyabr 2021 17:20 1504


Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Marqarita pizza

Sentyabrın 16-sı axşam, 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!