Hava kəskin dəyişəcək: Şimşək çaxacaq, yağış yağacaq   - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişəcək: Şimşək çaxacaq, yağış yağacaq - Xəbərdarlıq

Sosial

27 Sentyabr 2021 15:00 908


Sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanını bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı,  dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.   Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!