Hava kəskin dəyişəcək: Yağış, dolu, qar... 

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişəcək: Yağış, dolu, qar... 

Sosial

19 Oktyabr 2023 13:09 73486


Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. 

Yağıntılar səhər kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dominos pizza

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. 

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Afiq
    Basliq qoyanda yazdığınıza uyğun başlıq qoyun! Bu yazdigimida oxuyarsiniz nəysə basa düşsəniz xəbər edərsiniz. Sabah hava necə olacaq təkuunə yox idi bir xəbər edəcəm ki bu vaxta salaq ki gedə bilməyəcəm qonağım olsun ki ədaləti bərqərar etmək lazımdır mənə çox maraqlı əl işləri nümayiş etdirilib
    3 years ago
  • mehracbabayeva748@gmail.com
    İsmayıllı rayonu Lahıc qəsəbə sakini öz y və bildirib bu da qeyd etmək istəyirəm ki və ya digər dərəcədə ki bu gün də davam etməkdədir və bildirib bu da bir az ondan danış və ən əsası da odur o deyil əsas olan körpəyə lazım olan sahəni əhatə edən bu gün Azərbaycan prezidenti yanında Dövlət baytarlıq xidmətinin y
    3 years ago
  • Mehrac
    İsmayıllı rayonunda baş vermiş yanğın y da öz y bu ən tez-tez rast gəlinir ki y
    3 years ago
  • Sahib
    Bu necə hava haqqında məlumatdır.Belə məlumatı hər kəs dünyanın hər yüri haqqında verə bilər.Başlıq həyacanlıdır... Amma konkret heç nə yoxdur, indi nə bilək qar Kürdəmirə yağacaq, yoxsa Balakənə?Soyuq Salyanda olacaq, yoxsa Şahdağda?Leysan Şamaxıya yağacaq, yoxsa Gəncəyə?
    3 years ago