Hazırda koronavirusla bağlı təhlükə yoxdur - Nazirlik rəsmisi 

saytların hazırlanması

Evə çatdırılma

Hazırda koronavirusla bağlı təhlükə yoxdur - Nazirlik rəsmisi 

Sosial

29 Mart 2023 11:08 604


“Hazırda koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbaxş hesab edilir”. 

Bunu Yenisabah.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov bildirib. 

Nazirlik rəsmisi uzun müddətdir yeni yoluxma hallarının sayının minimal-iki rəqəmli həddə olduğunu vurğulayıb:  pizza

“Yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox az həddədir. Hətta bir neçə vaxt davam edən bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi. Bu onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə və əsasən kütləvi vaksinasiya hesabına əldə edilib”. 

“Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır”,- T.Eyvazov əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!