“Heç olmasa “Əməkdar artist” adını versinlər”

saytların hazırlanması

Evə çatdırılma

“Heç olmasa “Əməkdar artist” adını versinlər”

Şou

07 Aprel 2025 13:44 411


“Mən fəxri adı layiq olduğum vaxt almaq istəyərəm. Arxasınca düşüm, mənə fəxri ad versinlər... Həqiqətən xalqın sevgisi mənim üçün daha önəmlidir. Amma sənətdə olduğumuz üçün fəxri adlar da olmalıdır”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu Elçin Cəlilov deyib.

O izah edib: “Fəxri ad üçün nə etməliyəm?” - deyə, heç zaman düşünməmişəm. Olmayacaqsa, olmayacaq, olacaqsa, olacaq. Əsas odur ki, mahnılarım, özüm bir insan kimi yadda qalım. Mənim üçün ən önəmli bunlardır. pizza mizza

Gərək böyük bir zəhmət olsun ki, bunun qarşılığında heç olmasa “Əməkdar artist” fəxri adını versinlər. “Əməkdar artist” nə deməkdir? Əməyinin qarşılığını alan sənətçi. Ona görə də buraxaq xalqın öhdəsinə. Qoy xalq səni sevsin. Onlar hər yerdə deyəcəklər ki, bizim artistimiz elə budur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!