HƏMAS İsraili bombaladı

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS İsraili bombaladı

Dünya

05 Aprel 2023 09:14 854


Qəzza zolağından İsrail ərazisinə 9 raket atılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri "Twitter" hesabında məlumat yayıb. 

O bildirib ki, raketlərdən dördü "Dəmir günbəz" hava hücumlarından müdafiə sistemi tərəfindən məhv edilib, qalanı Qəzzaya bitişik açıq ərazilərə düşüb.  Dördpendirli pizza

İsrail Müdafiə Qüvvələri buna cavab olaraq fələstinlilərin HƏMAS qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. 

Qeyd edək ki, ötən ay İsrail və Fələstin nümayəndə heyətləri Ramazan ayında münaqişənin böyüməsinin qarşısını almaq ümidilə iki dəfə görüş keçirib. ABŞ, Misir və İordaniyanın vasitəçiliyi ilə baş tutan görüşlər nəticəsiz qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!