“Həmin ərəfədə Aygün Bəylər ortaya çıxmırdı”

saytların hazırlanması

Evə çatdırılma

“Həmin ərəfədə Aygün Bəylər ortaya çıxmırdı”

Şou

14 Yanvar 2025 17:49 238


"Aygün Bəylər mənim konsertimdə depressiyada idi, məşqlərə gəlməmişdi. Dəfələrlə evinə getdik, zəng etdik. Xəstəliyinin başlanğıcı idi, depressiyada idi. İki-üç ay ortaya çıxmadı. "Tut ağacı"nı hazırladıq, dedik gəlsə oxuyar, gəlməsə Kamilə Nəbiyeva ifa edəcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə "Qonaqcanlı" verilişində deyib. Bəstəkar mərhum Əməkdar artist Aygün Bəylərin onun konsertində səhnəyə zaldan çıxmasına aydınlıq gətirib:

"Konsert başlamamışdan dedilər ki, Aygün Bəylər gəldi. Dedim ki, mikrofonu ona verək, səhnədən yox, zaldan gəlsin. Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır. Qara düşüncəsi olanlar Aygünün oradan gəlməsini dəvətsiz kimi qəbul etdilər. Bir adam da anlamadı ki, mikrofon orkestra bağlanmasa adam necə oxuya bilər? Başa düşmədilər ki, biz yaratmasaydıq, olmayacaqdı. Məni günahkar çıxartmaq istədilər". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!