“AMEA-nın tamamilə yararsız olduğunu iddia etmək düzgün deyil. Elmlər Akademiyası kimi qurumların bəzilərinin çoxdan ineqrasiya olunaraq, Təhsil Nazirliyi, digərlərinin də başqa qurumlara birləşdirilməsininin lazım olduğunu deyənlər naşı adamlardır”.
Bu sözləri Yenisabah.az-a ekoloq-alim Sadiq Həsənov deyib.
O, professor Şahlar Əsgərovun AMEA-nın fəaliyyətinə dair açıqlamasına münasibət bildirib: Marqarita pizza
“AMEA strukturlaşmış elmi mərkəzdir. Özüm də elmi işimi orada müdafiə etmişəm. Orada çox böyük potensiallı, dünya səviyyəli alimlər var. İstənilən tədqiqatı aparıb ortaya böyük nəticələr qoymaq gücündədirlər.
Azərbaycanda elmin müxtəlif sahələri üzrə tədqiqat işləri aparılan strukturlaşmış institutlar var. Özüm də Radiasiya Problemləri İnstitutunda çalışıram. Orada xeyli tədqiqat işləri aparılır. Elmi inkişaf etdirmək, onda alınan nəticələrin istehsalatda tətbiqi üçün maliyyə lazımdır.
Tədqiqatlar və tətbiqlər bir-birinə sıx bağlılığı olmalıdır. Qayda budur ki, tədqiqatlar aparılır, nəticələr alınır və istehalatda da tətbiq olunur. Azərbaycanda bu yoxdur. İstehsalat öz işini elmdən ayırır. Yəni bunun üçün güclü maliyyə potensialı, alimlərə ciddi diqqət və istiqamət lazımdır".
Sadiq Həsənov əlavə edib: "Ali məktəblərdə dərs deyən alimlər fundamental elmlərlə məşğul olmadıqlarına, tədqiqat işləri aparmadıqlarına görə bu sahədə bir az boşluq var. Məsələn, kitabdan oxuyur və oxuduğunu da gəlib tədris edir. Bunun tədqiqatını görmür. Amma AMEA bunun tədqiqatını aparır. Ona görə də AMEA-nı lazımsız hesab etmək düzgün deyil. Burada problem odur ki, orada olan tədqiqat işləri birbaşa tətbiq olunmur və yönəldilmir.
Mən atmosferin işlənməsi üzrə tədqiqatçıyam. Burada elə proseslər var ki, onları yönəltmək üçün dövlətin müəyyən qədər dəstəyi lazımdır, eyni zamanda, onun istehsalatda da tətbiqinə şərait yaradılmalıdır. AMEA-nı ləğv edərək Təhsil Nazirliyi və digər qurumların tabeliyinə vermək, yaxud bağlamaq fundamental elmi istitutdan birdəfəlik əlaqəni kəsməkdir.
Bütün bunları alimlərin öz boynuna qoyurlar. Onların da maliyyəsi olmadığına görə bu işi həyata keçirə bilmirlər.
Ölkəmizdə alimlərə diqqət ayrılmır. Qərbdə, hətta, Türkiyədə belə, elmə çox güclü yanaşırlar. İstənilən bir istehsalat strukturu elmi problemlərin tədqiqi üçün sifarişlər verirlər, orda da işləyirlər. Onlar da mütəmadi işləyərək nəticələr hasil edirlər. Azərbaycanda bu proses təəssüf ki, sovetdən qalma ənənəylə davam etdiyinə görə AMEA kimi mühüm bir struktur diqqətdən kənarda qalıb. O cür elmi potensiallara önəm verilmir. Sovet dövründə də elmə münasibət belə idi. Alimlərə qulaq asmaq, onların fikirlərinə önəm vermək lazımdır”.
Sadiq Həsənov deyib ki, belə problemlərlə bağlı institut səviyyəsində dəfələrlə müraciət olunub:
“Azərbaycanda elmin inkişafıyla bağlı dövlət siyasəti güclü deyil. Bütünlükdə də maliyyə ayrılmadığını demək olmaz. Bu maliyyə tədqiq cihazlarının alınmasına sərf olunmalıdır. Məsələn, bu yaxınlarda Danimarka alimləri atmosferdə cihaz vasitəsilə nano ölçüdə olan kimyəvi maddə kəşf eləmişdilər. Onu görə bilmək, ölçmək üçün elə bir cihaz olmalıdır. Bunu isə bizim alimlərimiz nəzəri olaraq bilirdi. Amma tədqiq cihazlrı olmaması elmi kəşflərdə problemlər yaradır.
Belə məsələlərlə bağlı institut səviyyəsində müraciət olunur. Müraciətləri də dövlətin müxtəlif strukturlarına yönəldirlər. AMEA çatışmazlıqla bağlı dəfələrlə müraciət edib. “Bunlarla əlaqəli gələcəkdə müxtəlif layihələrin hazırlanır” kimi cavablar verilib. Həyata keçirilən müxtəlif layihələr də Azərbaycanın elmi potensialını tətbqi etmək üçün kifayət eləmir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız