Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satdı

saytların hazırlanması

Evə çatdırılma

Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satdı

Sosial

11 Aprel 2022 07:29 1973


Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-ın paytaxtı Vaşinqtondakı villasını satdığı məlum olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məluumat yayıb.

O, bildirib ki, sabiq nazirin həyat yoldaşı Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb.  pizza

C.Həsənlinin araşdırmasına əsasən, villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi "ALIYA BABAYEVA" LLC üzərindən alınıb. 

Məlumata görə, şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi bəlli deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dır.
Sabiq nazirin 2011-ci ildə Lüksemburqda həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur.

Qeyd edək ki, Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf naziri təyin olunub. 2008-ci ilin 30 oktyabrında vəzifəsindən azad edilib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!