Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağının rənglərinə büründü
29 Okt 2020 20:22
400

Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağının rənglərinə büründü

29 Oktyabr – Respublika Günü münasibətilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı proyeksiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyənin dövlət bayrağı bu gün Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunub.

“Təşəkkürlər, Azərbaycan!”, - deyə bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər