“Hicaba qadağa yoxdur axı!” – Rəşad Məcid

saytların hazırlanması

Evə çatdırılma

“Hicaba qadağa yoxdur axı!” – Rəşad Məcid

Sosial

09 Oktyabr 2026 16:32 128


“Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil hay-küylə qarşılanması şübhələr yaradır. Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edib.

O, bildirib ki, səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür: Dördpendirli pizza

“Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan!

Bu, birmənalıdır!

Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar?

Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?

Bir qrup insanın din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışması gələcək təhlükələrin aşkar əlaməti deyilmi?

Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəyə malik, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub qəti mövqe, tutarlı münasibət bildirməlidirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!