Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ABŞ-a məxsus hərbi və ticarət gəmilərinə qarşı təşkil edilən raket və dron hücumlarını dayandıracağını bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, bölgədə gərginliyin azaldılması məqsədilə vasitəçilər vasitəsilə əldə olunan razılığa əsasən, husilər Amerika gəmilərini hədəf almamaq öhdəliyi götürüblər.
Husilər bəyan ediblər ki, hücumların dayandırılması ABŞ qüvvələrinin Yəmən ərazisinə zərbələr endirməməsi və bölgədəki hərbi mövcudluğunu məhdudlaşdırması şərtilə qüvvədə qalacaq. Dominos pizza
Tərəflər dəniz ticarətinin və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün atılacaq növbəti addımları müzakirə edirlər.
Nazim Hacıyev
Telegram kanalımız