I Qarabağ müharibəsi iştirakçılarına şad xəbər 

saytların hazırlanması

Evə çatdırılma

I Qarabağ müharibəsi iştirakçılarına şad xəbər 

Sosial

05 İyul 2022 16:28 1168


Yeni meyarlara əsasən, diaqnoz və ağırlaşmalara uyğun olaraq əlillik dərəcələrinin təyinatının aparılması halları artıb. 

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov bildirib.

Onun sözlərinə görə, indiyədək imtina cavabı alan birinci Qarabağ müharibəsi iştirakçılarının da əlilliklə bağlı müraciətlərinə yenidən baxılacaq. pizza hut

“İyulun 1-dən yeni meyarlar qüvvəyə mindi. Məsələn, dünənə qədər köhnə meyarlarla təxminən 150 diaqnoz və ağırlaşmalara uyğun əlillik dərəcələri təyinatı aparılırdısa, yeni meyarlara əsasən bu rəqəm 4.5 dəfə artaraq 650-700-ə çatıb. Bu istiqamətdə indiyə qədər imtina verilmiş Vətən müharibəsi iştirakçıları, eləcə də birinci Qarabağ müharibəsi döyüşçülərinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətlərinə yenidən baxılacaq. Əgər yeni meyarlarla onların əlillik təyinatına əsas verən amillər varsa, qiymətləndirmə aparılacaq”, - qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina cavabı alan müharibə iştirakçılarının əlillik təyinatına yenidən baxılması üçün İşçi Qrup yaradıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!