İcra başçısı kəndlilərlə görüşə getdi: Bu məsələlərdən danışdılar -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı kəndlilərlə görüşə getdi: Bu məsələlərdən danışdılar - FOTOLAR

Sosial

06 Noyabr 2024 15:24 527


Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində səyyar qəbul keçirilib. 

Yenisabah.az xəbər verir ki, Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 5 noyabr 2024-cü il tarixdə Yuxarı Kəbirli kəndində səyyar qəbul keçirib.

Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak edib. pizza

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Kənd sakinlərini salamlayan RİH başçısı Əziz Əzizov Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Rayon rəhbəri daha sonra kənd sakinlərindən müraciətlərini ünvanlamağını xahiş edib.

Görüşdə kənd sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb.

Müraciətlərin bəziləri araşdırılaraq lazımi izahatlar verilmiş, həlli vaxt tələb edən digər məsələlər qeydiyyata alınaraq rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Yuxarı Kəbirli kənd sakinləri keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!