Suriyanın İdlib əyalətində Suriya ordusunun əsgərləri ilə “Həyat Təhrir əş-Şam” terror təşkilatının silahlıları arasında toqquşma olub.
Yenisabaha.az “Əl Mayadeen”ə istinadla xəbər verir ki, hadisə İdlib əyalətinin cənubundakı Əl-Fətatra kəndi ərazisində baş verib.
Hadisənin nəticələri barədə məlumat yoxdur. İdlib Suriyanın yeganə bölgəsidir ki, onun əhəmiyyətli hissəsi qeyri-qanuni silahlı qruplaşmaların, o cümlədən “Cəbhət ən-Nusra” qruplaşmasının terrorçularının əlindədir. Marqarita pizza
2017-ci ildən orada deeskalasiya zonası yaradılıb. Burada Dəməşq yaxınlığındakı Şərqi Quta və ölkənin cənub bölgələrində silahı yerə qoymaqdan imtina edən silahlılar köçürülüb.
Telegram kanalımız